Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ahıl qadını öldürdülər – Gəlini çəkiclə qətlə yetirib

CC0 / Sabine van Erp / WomanÇəlikli qoca qadın əli
Çəlikli qoca qadın əli - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib

BAKI, 19 sentyabr — Sputnik. Bakıda dəhşətli qətl törədilib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda qətl törədən şəxs həbs edilib

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, araşdırmalar nəticəsində 70 yaşlı Qreçneva Valentina Aleksandrovnanın gəlini tərəfindən qətlə yetirildiyi məlum olub. Gəlini onun başına küt alətlə vuraraq öldürüb. 

Hadisəni törədən şəxs artıq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0