16:49 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
SMS yazan adam, arxiv şəkli

Bakıda yeniyetmə anasına mesaj yazan oğlanı qanına qəltan etdi

© AFP 2019 / ROSLAN RAHMAN
HADİSƏ
Qısa URL
77 0 0

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır

BAKI, 18 sentyabr — Sputnik. Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində, ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb ediliblər. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.

Əlaqədar

Daha bir toyda qanqaraçılıq düşüb, amma bıçaqlanan bəy deyil
Bakıda poçtu soyub, işçini bıçaqladılar
Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb
Xaçmazda gənci boğazından bıçaqladılar
Teqlər:
Bakı, telefon, mesaj, bıçaqlama, ana, gənc, yeniyetmə

Əsas mövzular