CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə qızın attraksiondan yıxılması ilə bağlı cinayət işi açıldı

© Sputnik / Murad OrujovБакинский приморский бульвар
Бакинский приморский бульвар - Sputnik Azərbaycan
Abunə olmaq
Bu faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb

BAKI, 17 sentyabr — Sputnik. Şəkidə yeniyetmə qızın attraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb.

 İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil haqqını ödəməkdə çətinlik çəkənlərə müjdə

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

Onun sözlərinə görə, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşova Şəki rayonundakı M.F.Axundov adına istirahət parkında attraksiondan yıxılaraq bədən xəsarətləri alıb. Bu faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

"İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub", - deyən K. Zeynalov əlavə edib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Xəbər lenti
0