CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novxanıda yanacaqdoldurma məntəqəsinin önündə faciə: ölənlər və yaralılar var

© Sputnik / Rahim MuradovYol-patrul xidmətinin avtomobili qəza yerində
Yol-patrul xidmətinin avtomobili qəza yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var

BAKI, 15 sentyabr — Sputnik. Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
HADİSƏ
Pirallahıda ağır qəza olub, ölən var

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var.

Qəzada xəsarət alanların bəzilərinin adları məlumdur. Bunlar 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-cı il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızıdır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0