16:00 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Əldə tapança, arxiv şəkli

Tovuzda keçmiş məhkəmə sədrini güllələdilər

CC BY 2.0 / Peter Anderson / adiós
HADİSƏ
Qısa URL
83 0 0

Firudin Ələkbərli 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub

BAKI, 13 sentyabr — Sputnik. Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, 1963-cü il təvəllüdlü Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular