CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə "qorxmayın" deyib dərisi korlanan ev heyvanlarını nəzarətə götürürlər

CC0 / MihaiGuzun / Cowİnək, arxiv şəkli
İnək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dərisinin tamlığı pozulmuş heyvanlar Aqrar Xidmətlər Agentliyinin yerli baytarlıq idarələri tərəfindən ciddi nəzarətə götürülüb və lazımi köməklik göstərilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb. Məlumatlara görə, xəstəlik rayonun Mustafaağalı kəndində müşahidə olunur. Heyvanlar arasında ölüm halı müşahidə olunmasa da, xəstəliyin yayılması kənd sakinlərinin narahatlığına səbəb olub.

Sputnik Azərbaycan Bərdənin Mustafaağalı kəndində heyvanlar arasında qeydə alınan bu xəstəliyin səbəbini araşdırıb.

Hind quşu, arxiv şəkli - Sputnik Azərbaycan
Bərdədə quşların kütləvi ölüm səbəbinin araşdırılmasına başlanıldı
 Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Murtuzəli Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yay fəslinin isti, quraq və yağmursuz keçməsi ilə əlaqədar bölgələrdə müəyyən mikroorqanizmlərin, ağcaqanadların və qansorucu həşəratların aktivliyi müşahidə edilir.

Bu aktivləşmənin nəticəsində heyvanlarda dərinin tamlığının pozulması qeydə alınır: "Dərisinin tamlığı pozulmuş heyvanlar Aqrar Xidmətlər Agentliyinin yerli baytarlıq idarələri tərəfindən ciddi nəzarətə götürülüb və lazımi köməklik göstərilir. Həmçinin heyvan sahiblərinə bu kimi həşəratlardan və mikrooqranizmlərdən heyvanların qorunmasına dair məsləhət və tövsiyələr verilib. Heyvanlarda baş verən dəri tamlığının pozulmasının xüsusi təhlükəli infeksiya ilə əlaqəsi mövcud deyil və heç bir narahatlığa əsas yoxdur. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"nda nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd, dezinfeksiya, dezinseksiya və s. vasitələrlə yerli baytarlıq idarələrini təmin edib və lazımi təşkilatı tədbirlər davam etdirilir".

Xəbər lenti
0