01:03 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstə

Yerevanda medal qazanan, Bakıda adam oğurlayan idmançı - FOTO

© DİN mətbuat xidməti
HADİSƏ
Qısa URL
59 0 0

O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında bürünc medal qazanıb

BAKI, 12 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Bakıda adam oğurluğunda şübhəli bilinən dəstə ələ keçirilib. Uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan dəstə üzvlərindən birinin idmançı olduğu, beynəlxalq turnirlərdə iştirak etdiyi üzə çıxıb.

Sputnik Azərbaycan Azvision.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür. O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakini, 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. H.Əsgərov əvvəllər məhkum olunan, kriminal aləmə meylli, 1982-ci il təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirilərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıblar, zərərçəkən H.Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Əlaqədar

Bakıda qadının sözü ilə adam oğurlayıb işgəncə verənləri saxladılar - VİDEO
Teqlər:
cüdoçu, idmançı, cinayət, adam oğurluğu

Əsas mövzular