03:49 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Baş Prokurorluq

Prokurorluq Gəncə sakininin 22 nəfər tərəfindən öldürülməsini təkzib etdi

© Sputnik / Anar Mustafaev
HADİSƏ
Qısa URL
12 0 0

Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb, dəfələrlə zorlayıb, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla videoçəkiliş aparıb

BAKI, 11 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilir. Bu barədə Sputnik Azərbaycan-a Prokurorluqdan məlumat verilib.

Növbətçi hissənin avtomobili
© Sputnik / Rahim Zakiroghlu

Belə ki, 15 aprel 2015-ci il tarixində Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb, dəfələrlə zorlayıb, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla videoçəkiliş aparıb.

18 aprel 2015-ci il tarixində Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədilə onu qətlə yetiriblər.

Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-cı il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Əsas mövzular