CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xilasedicilər intihar etmək istəyən qadını xilas etdi - FOTO

CC0 / rebcenter-moscow / GirlAğlayan qadın, arxiv şəkli
Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxsin Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Ş. K. olduğu müəyyən edilib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Sumqayıt bulvarında intihara cəhd edən qadın xilas edilib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 15.40-da xidmətin strukturuna daxil olan "Sumqayıt" sularda xilasetmə məntəqəsindən bir qədər aralıda - Sumqayıt bulvarına yaxın nəzarətsiz ərazidə bir qadın intihar etmək məqsədilə suya atılıb. Qadın xidmətin xilasediciləri tərəfindən xilas edilib.

© Sputnik / Irade JELILİntihara cəhd edən qadın və xilasedicilər
Xilasedicilər intihar etmək istəyən qadını xilas etdi - FOTO - Sputnik Azərbaycan
İntihara cəhd edən qadın və xilasedicilər

Həmin şəxsin Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Ş. K. olduğu müəyyən edilib.

Xəbər lenti
0