11:31 06 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
10120

Həmin şəxsin Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Ş. K. olduğu müəyyən edilib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Sumqayıt bulvarında intihara cəhd edən qadın xilas edilib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 15.40-da xidmətin strukturuna daxil olan "Sumqayıt" sularda xilasetmə məntəqəsindən bir qədər aralıda - Sumqayıt bulvarına yaxın nəzarətsiz ərazidə bir qadın intihar etmək məqsədilə suya atılıb. Qadın xidmətin xilasediciləri tərəfindən xilas edilib.

İntihara cəhd edən qadın və xilasedicilər
© Sputnik / Irade JELIL
İntihara cəhd edən qadın və xilasedicilər

Həmin şəxsin Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Ş. K. olduğu müəyyən edilib.

Əsas mövzular