Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda faciə: Dörd yaşlı uşaq pəncərədən yıxılıb öldü

© Sputnik / Anar MustafayevPəncərə, arxiv şəkli
Pəncərə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb

BAKI, 10 sentyabr — Sputnik. Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.

Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti
0