05:40 01 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
20210

Mübahisə davaya çevrilib və xəsarət alan salon sahibəsi xəstəxanaya yerləşdirilib

BAKI, 8 sentyabr — Sputnik. Gəncədə müştəri gözəllik salonunun sahibəsini döyüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən gözəllik salonlarının birində baş verib.

Salon xidmətlərindən istifadə edən qadın müştəri oranın sahibəsi 28 yaşlı Zəhra Əliyeva ilə mübahisə edib. Mübahisə davaya çevrilib və xəsarət alan salon sahibəsi xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Teqlər:
Gəncə, gözəllik salonu, qadınlar, dava

Əsas mövzular