06:53 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
7601

Su çənindəki sızmanı təmir etmək istəyən kişi həyatını itirib. Bədbəxtlikdən, həmin vaxt evdə heç kim olmayıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Bərdə şəhərində bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə görə, Bərdə şəhər sakini, 1956-cı il təvəllüdlü Babayev İsa Rəşad oğlunu elektrik cərəyanı vurub.

Dünən axşam saatlarında evin damında yerləşdirilmiş su çənində sızma olduğuna görə təmir aparmaq məqsədilə elektrik dreli ilə işləmək istəyən İsa Babayev ehtiyatsızlığının qurbanı olub. Elektrik cərəyanının vurması nəticəsində o, həyatını itirib. Hadisə vaxtı ailə üzvlərindən heç kim evdə olmayıb.

Bərdə Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata görə, sentyabrın 7-si axşam saat 21:43-də həkim Pərviz Əlizadə çağırışla hadisə yerinə çatsa da, İsa Babayevin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Qum karxanasında bədbəxt hadisə - 3 nəfər yandı
Altıncı mərtəbədən yıxılan qadınla bağlı həkim danışdı
Balıqçı öz torunda boğuldu
Yaşlı kişinin küçədən tapdığı əşya əlində partladı
Teqlər:
Bərdə, elektrik cərəyanı

Əsas mövzular