CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada ayı kəndə hücum edib

CC0 / Pipsimv / bearAyı, arxiv şəkli
Ayı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həvəskar ovçulardan ibarət İşçi Qrup sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür

BAKI, 6 sentyabr — Sputnik. Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ETSN-in 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

Xəbər lenti
0