CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astara sakinindən narkotik, psixotrop maddə götürülüb

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır

BAKI, 6 sentyabr — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 5 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məçitməhəllə kənd sakini Ağakərim Talıbov 100 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb. Davam edən əməliyyat tədbirləri ilə A.Talıbovun satış məqsədilə əldə edərək yaşadığı evdə saxladığı 2 kiloqram 510 qram narkotik vasitə olan heroin, 1 kiloqram 015 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbləri, həmçinin soyuq silah hesab edilən 1 ədəd "beşbarmaq", 1 ədəd bıçaq, döyüş sursatları olan 46 ədəd güllə başlığı və digər maddi sübutlar aşkar edilərək götürülüb. 

© Facebook / Azərbaycan Respublikası Daxili İşlər NazirliyiA.Talıbovun yaşadığı evdə saxladığı 2 kiloqram 510 qram narkotik vasitə olan heroin, 1 kiloqram 015 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbləri, həmçinin soyuq silah hesab edilən 1 ədəd "beşbarmaq", 1 ədəd bıçaq, döyüş sursatları olan 46 ədəd güllə başlığı
Astara sakinindən narkotik, psixotrop maddə götürülüb - Sputnik Azərbaycan
A.Talıbovun yaşadığı evdə saxladığı 2 kiloqram 510 qram narkotik vasitə olan heroin, 1 kiloqram 015 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbləri, həmçinin soyuq silah hesab edilən 1 ədəd "beşbarmaq", 1 ədəd bıçaq, döyüş sursatları olan 46 ədəd güllə başlığı

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Talıbovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlaqəli olan qrupun digər üzvləri Astara şəhər sakinləri A.Şiriyev və T.Məlikov şübhəli şəxs qismində saxlanılıblar. Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0