CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın İstanbuldakı sabiq baş konsulu vəfat edib

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan
Abunə olmaq
Abbas Abdulla ötən gecə uzun sürən xəstəlikdən sonra yaşadığı ünvanında 79 yaşında dünyasını dəyişib

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, şair, Azərbaycanın İstanbuldakı keçmiş konsulu Abbas Abdulla vəfat edib. Sputnik Azərbaycan şairin yaxınlarına istinadla xəbər verir ki, Abbas Abdulla ötən gecə uzun sürən xəstəlikdən sonra yaşadığı ünvanda 79 yaşında dünyasını dəyişib.

Mərhumun cənazəsi sentyabrın 5-də saat 13:00-da dəfn üçün evindən götürüləcək və Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Valeriya Poroxova, arxiv şəkli - Sputnik Azərbaycan
Rusiyanın ən məşhur müsəlmanı vəfat etdi

Qeyd edək ki, Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X-XI) kəndlərində alıb. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirib, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.

Universitetdə tələbəlik illərində həm də işləyib: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olub (1961-1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.

Kommunist Partiyasının üzvü (1978-1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981-1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinin (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katibi (1991-1992) olub. 20 Yanvar 1990-cı ildə Bakıda baş verən qətliama etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxıb və milli azadlıq hərəkatında fəal iştirak edib.

Əklil - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Nazim İbrahimov vəfat etdi

Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə edib.

26 Bakı komissarı adına rayon xalq deputatları Sovetinin deputatı seçilib. Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.

Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil edib. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub (1980).

Xəbər lenti
0