CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doqquz mərtəbəli yaşayış binasında yanğın olub

Abunə olmaq
Mənzildə ev əşyaları yanıb

BAKI, 5 sentyabr — Sputnik. Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına isitnadən xəbərinə görə, ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0