Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qatarla yük maşınının toqquşması ilə bağlı rəsmi açıqlama verildi

© APAДТП с участием грузовика и поезда
ДТП с участием грузовика и поезда - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır

BAKI, 4 sentyabr — Sputnik. Bu gün saat 08 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

Lənkəranda ölümlə nəticələnən qəza - Sputnik Azərbaycan
HADİSƏ
Hacıqabulda ağır qəza: ölən və yaralılar var

O, qeyd edib ki, İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdəykən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi "HOWO" yük maşını ilə toqquşub.

"Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb. Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu"nun 44-cü maddəsinin tələblərinin pozulması olub" – deyə o vurğulayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0