Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda qatarla yük maşını toqquşdu

© Sputnik / Valery Melnikov / Mediabanka keçidQatar toqquşması
Qatar toqquşması - Sputnik Azərbaycan
Abunə olmaq
TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində maşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb

BAKI, 4 sentyabr — Sputnik. Sabirabad rayonunda qatarın iştirakı yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb. Məlumata görə, qoşqulu yük maşını qatarın yoluna çıxıb və yaxınlaşmaqda olan qatarla toqquşub.

Verilən xəbərdə bildirilir ki, qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur. Onun idarə etdiyi TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində maşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Xəbər lenti
0