CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıqabulda ağır qəza: ölən və yaralılar var

© Sputnik / Rahim MuradovLənkəranda ölümlə nəticələnən qəza
Lənkəranda ölümlə nəticələnən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və kiçik diametrli qaz kəmərinin üzərinə düşüb

BAKI, 1 sentyabr — Sputnik. Bu gün Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə saat 17 radələrində Bakı-Qazax magistralının Hacıqabul-Şirvan magistralı ilə kəsişməsinin yaxınlığında baş verib.

Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlik Salyandakı ağır qəza ilə bağlı məlumat yaydı

"Mercedes" markalı 99 KN 769 dövlət nömrə nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və kiçik diametrli  qaz kəmərinin üzərinə düşüb. Qəza nəticəsində 2-si qadın olmaqla, 4 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Hər iki qadın xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, qadınlardan biri həyatını itirib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0