Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İlisuda maşın dərəyə yuvarlandı

© Sputnik / Ilham MustafayevQəza zamanı yararsız hala düşmüş "VAZ-21011"
Qəza zamanı yararsız hala düşmüş VAZ-21011 - Sputnik Azərbaycan
Abunə olmaq
Deformasiyaya uğramış avtomobildən çıxarılan sürücü Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

BAKI, 30 avqust — Sputnik. Axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxın İlisu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Avtobus qəzasında yaralanan qadını helikopterlə Bakıya gətirdilər

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, 26 yaşlı yerli sakin Məmmədov Rafiq Süleyman oğlunun sükanı arxasında olduğu "10-TT-413" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, Kürmük çayının sol sahilinə, təqribən 20 metr dərinliyə yuvarlanıb.

Deformasiyaya uğramış avtomobildən çıxarılan R.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya alın nahiyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0