SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub

© Sputnik / Murad OrujovCavab atəşi, arxiv şəkli
Cavab atəşi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalmışdır, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb

BAKI, 30 avqust — Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива - Sputnik Azərbaycan
Cəbhədə gecə gərgin keçib

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin 29 avqust tarixində saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub.

Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Xəbər lenti
0