Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəki söndürüldü, Oğuz hələ də yanır

© Sputnik / Georgiy Zimarev / Mediabanka keçidУчения МЧС в Новороссийске, фото из архива
Учения МЧС в Новороссийске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkidə yanğın söndürülsə də, Oğuz meşələrində hələ ki, yanğın tam söndürmək mümkün olmayıb. Bəzi kəndlərin ərazisində yanğın sakitləşsə də, rayonun Mollalı kəndi ətrafındakı meşələrdə yanğın davam edir.

BAKI, 26 avqust — Sputnik. Ötən gün günorta saatlarında Şəkidə baş verən yanğın söndürülüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, yanğın Şin çayının sol sahilində, rayonun Cunud və Baş Layısqı kəndlərinin yaxınlığında baş verib.

Abşeronda elektrik xəttində partlayış yanğınla nəticələnib - Sputnik Azərbaycan
HADİSƏ
Qubadakı yanğın nəzarət altına alınıb

Yanğının söndürülməsi üçün Şəki, Qax və Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və canlı qüvvəsi hadisə yerinə  cəlb olunub
Şəki sakinlərinin sözlərinə görə, yanğın bu gün səhər 6 radələrində söndürülüb. Məlumata görə, ümumilikdə 250 hektar sahə yanıb.

Şəkidə yanğın söndürülsə də, Oğuz meşələrində hələ ki, yanğın tam söndürmək mümkün olmayıb. Oğuz sakinlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bəzi kəndlərin ərazisində yanğın sakitləşsə də, rayonun Mollalı kəndi ətrafındakı meşələrdə yanğın davam edir.

Xəbər lenti
0