20:18 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Yol Patrul Xidmətinin maşını, arxiv şəkli

Bakıda avtobus piyadaları vurdu: birinin vəziyyəti ağırdır

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
56 0 0

186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu piyadaları vurub

BAKI, 25 avqust — Sputnik. Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin daha ağır olduğu deyilir.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.

Əlaqədar

Hacıqabulda ağır qəza – Yaralananların adları açıqlandı
Motosikletin sürücüsü ilə sərnişinini əzib qaçdı
Teqlər:
Zabrat, piyada, avtobus, Bakı, qəza

Əsas mövzular