12:36 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
270 0 0

A.Sadıqov Bakı Dövlət Universitetinin keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkənidir

BAKI, 24 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisi, polis polkovniki Azər Sadıqov vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya mərhumun qohumları məlumat veriblər. Onların bildirdiyinə görə, A.Sadıqov bir neçə gün əvvəl əməliyyat olunmaq üçün Türkiyəyə gedib. Polis polkovniki Türkiyədə dünyasını dəyişib.

A.Sadıqovun meyiti bu gün Azərbaycana gətiriləcək. Mərhumun sabah dəfn olunacağı bildirilir.

Qeyd edək ki,  A.Sadıqov Bakı Dövlət Universitetinin keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkənidir.

Teqlər:
Türkiyə, polkovnik, polis

Əsas mövzular