CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dörd gün davam edən yanğın söndürüldü

© Sputnik / Rahim MuradovHirkan Milli Parkında yanğın
Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Hirkan Milli Parkının dağlıq ərazilərində başlayan yanğın Lerik rayonun Bobla kəndi ilə Lənkəranın Təngivan kəndləri arasındakı 10 ha ərazini əhatə edib

BAKI, 24 avqust — Sputnik. Azərbaycanda bir neçə gün davam edən yanğını, nəhayət, söndürmək mümkün olub.

Ağsuda ərazisində meşə yanğını - Sputnik Azərbaycan
HADİSƏ
Meşə yanğını Qəbələyə də çatdı

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın nazirliyin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Hirkan Milli Parkının dağlıq ərazilərində başlayan yanğın Lerik rayonun Bobla kəndi ilə Lənkəranın Təngivan kəndləri arasındakı 10 ha ərazini əhatə edib. Mürəkkəb relyefə malik ərazidə yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 248 nəfərdən ibarət canlı qüvvəsi, 21 texnikası, 2 helikopteri və 1 amfibiya təyyarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb ediliblər.

Xəbər lenti
0