Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Binə sakinini qanına qəltan etdilər

© Sputnik / Rahim MuradovPolis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar nəticəsində yaralanan şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib

BAKI, 23 avqust — Sputnik. Avqustun 21-də Daxili İşlər Nazirliyinin (DİN) "102 - Zəng Mərkəzi"nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Yevlaxda gecə vaxtı qətl törədildi

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəliblər, yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0