20:23 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Hacıqabulda ağır qəza – Yaralananların adları açıqlandı

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
46 0 0

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan səkkiz nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb

BAKI, 23 avqust — Sputnik. Hacıqabul rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaş) , 3-ü isə kişidir (43, 47 və 14 yaş). Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin – 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir. Xəsarət alanlar 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhram qızı, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham qızı, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızıdır.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Muğan kənd ərazisində baş verib.

Əsas mövzular