21:33 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
539 0 0

Maşınla vurulan 4 yaşlı körpəni xəstəxanaya çatdırmaq istəyən sürücünün maşını ağaca çırpılıb, ölənlər və yaralılar var

BAKI, 22 avqust — Sputnik. Quba-Nügədi yolunun Rustov kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzada ölən və yaralananların adları bəlli olub.

Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyev avtomobillə vurulub. Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov azyaşlını, valideynlərini və nənəsini öz avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına apararkən avtomobili ağaca çırpılıb. Nəticədə, üç uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, dörd yaşlı uşaq isə xəstəxanaya çatdırılan kimi ölüb. Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, qəzada yaralanan üç nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib: "31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı, 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə, vəziyyətləri orta ağırdır".

Teqlər:
Quba, yaralılar, avtoqəza, qəza

Əsas mövzular