12:17 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
78 0 0

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

BAKI, 22 avqust — Sputnik. Tovuz rayonunda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənddə yaşayan 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Əsas mövzular