Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı gənc Rusiyada göldə batıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобиль скорой медицинской помощи на дороге в Москве, фото из архива
Автомобиль скорой медицинской помощи на дороге в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
25 yaşlı gənc havanın və suyun soyuq olmasına məhəl qoymayaraq göldə üzməyə qərar verib

BAKI, 21 avqust — Sputnik. Rusiyanın Omsk vilayətinin Qorqovski rayonunda 25 yaşlı Azərbaycan vətəndaşı göldə batıb.

Sputnik Azərbaycan "Omskinform.ru" saytına istinadən xəbər verir ki, bədbəxt hadisə azərbaycanlı gəncin Lejanka və Oktyabrskoye kəndləri arasında yerləşən adsız göldə üzməsi zamanı baş verib.

Məlumata görə, gənc havanın və suyun soyuq olmasına məhəl qoymayaraq göldə üzməyə qərar verib.

Azərbaycan vətəndaşının ölümü ilə bağlı yoxlamalar aparılır.

Yerli polis Omsk sakinlərini su hövzələrində çimərkən təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Xəbər lenti
0