CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə ediliblər

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Alov binanın şaxtasının səkkiz mərtəbəsini əhatə edib

BAKI, 20 avgust — Sputnik. Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

Meşə yanğını - Sputnik Azərbaycan
HADİSƏ
Qubadakı fəlakəti ram etdilər

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, onaltımərtəbəli yaşayış binasının pilləkən qəfəsinin səkkizinci mərtəbəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və səkkizinci mərtəbəsindən onaltıncı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 24 p.m yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən kabellərin qalan hissəsi, elektrik sayğacları və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbər lenti
0