CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik Hirkana ikinci helikopter göndərdi - VİDEO

© Photo : REPORTFövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri şimal-qərb bölgəsində
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin Mi-17 helikopteri şimal-qərb bölgəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın hələ də davam edir

BAKI, 20 avqust — Sputnik. Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin daha bir helikopteri cəlb olunub.

Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən bildirir ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xəbər lenti
0