CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda işıqlar söndü

© Photo : Bakı metropoliteninin mətbuat xidmətiBakı metropoliteninin "Sahil" stansiyasında eskalatorlar
Bakı metropoliteninin Sahil stansiyasında eskalatorlar - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlər platformanı eskalatorsuz tərk etməli olublar

BAKI, 20 avqust — Sputnik. Bakı Metropolitenində işıqlar sönüb.

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, problemə səbəb stansiyaya gərginliyin düşməsidir: "Saat 10:55 radələrində metropolitenin "Sahil" stansiyasına gələn elektrik xəttinə gərginlik düşüb və elektrik verilişi bir neçə dəqiqəlik dayanıb. Bu səbəbdən stansiyada eskalatorların hərəkətində fasilə yaranıb. Həmin an eskalatorda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Onlar platformanı eskalatorsuz tərk etməli olublar. Bir neçə dəqiqə ərzində gərginlik bərpa edilib. Problemlə bağlı tuneldə qatar qalmayıb".

Xəbər lenti
0