CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubanın "ciyərləri" yanır

© Sputnik / Ilham AhmadovAğsuda ərazisində meşə yanğını
Ağsuda ərazisində meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerində Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin, FHN-in əməkdaşları və yerli sakinlər olublar. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

BAKI, 20 avqust — Sputnik. Avqustun 19-da səhər saatlarında Şabran rayonu dağlıq ərazidən başlayan yanğın Quba rayonu Zərqova inzibati ərazi dairəsi ərazisində yerləşən dağlıq və meşəlik ərazilərinə qədər genişlənib.

Quba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi - Sputnik Azərbaycan
HADİSƏ
Şimal regionunda fövqəladə vəziyyət: Meşə yanğınları başlaya bilər

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə yerində Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin, FHN-in əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

Zərqova İƏD ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0