15:37 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Təcili tibbi yardım avtomobili

Onkoloji xəstə canına qəsd etdi

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
34 0 0

Həkimlərin səylərinə baxmayaraq qadını xilas etmək mümkün olmayıb və o, bu gün səhər saatlarında ölüb

BAKI, 19 avqust — Sputnik. Sumqayıtda 55 yaşlı qadın canına qəsd edib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə şəhərin Novxanı bağlarında qeydə alınıb.

Belə ki, avqustun 17-də axşam saatlarında 1964-cü il təvəllüdlü Həsənova Kəmalə Bayram qızı özünü öldürmək məqsədilə çox sayda dərman preparatı qəbul edib. Vəziyyəti ağırlaşan K. Həsənova dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb və bu gün səhər saatlarında ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, mərhumun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Əsas mövzular