Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəmkirdə əri tərəfində yandırılan qadın öldü

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bədəninin 55% (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalır

BAKI, 19 avqust — Sputnik. Şəmkirdə əri tərəfindən yandırılan qadın dünyasını dəyişib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, bədəninin 70 % (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq bu gün səhər saat 6.20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.

Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Yevlaxda gecə vaxtı qətl törədildi

Bədəninin 55% (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə, həyatı təhlükə altındadır.

Xatırladaq ki, hadisə Şəmkir rayonunda baş verib. Rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb. Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb, M.Məsimova və S.Məmmədovanın isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda qətl törədən şəxs həbs edilib

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0