CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırdılar

CC0 / Alexas_Fotos / suicideintihar damdan tullanma
intihar damdan tullanma - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub

BAKI, 18 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti
0