CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda oğurlanan uşaqlar Bərdədə tapıldı

© Sputnik / Rahim MuradovNövbətçi hissənin avtomobili
Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Mirzəyev Rahil Rahim oğlu və Mirzəyeva Mələk Rahim qızı şəxsiyyəti naməlum olan bir qadın tərəfindən oğurlanmışdı

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Bakıda oğurlanan uşaqlar Bərdədə tapılıb. Bu barədə Sputnik Azərbaycan-a oğurlanan Mirzəyev Rahil və Mirzəyeva Mələyin anası Çiçək Aslanova məlumat verib. O, bildirib ki, hazırda uşaqlar Bərdə rayonunda, polis məntəqəsindədirlər. Ç. Aslanovanın sözlərinə görə, uşaqların durumunun normal olduğu barədə ona məlumat verilib: "İndi mən də hazırlaşıram Bərdəyə getməyə. Qohumlarımız artıq polis idarəsindədirlər. Çox güman ki, bu gecə orada qalıb sabah Bakıya qayıdacağıq".

Qeyd edək ki, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı şəxsiyyəti naməlum olan bir qadın tərəfindən oğurlanıb. Ç. Aslanova həmin qadını xeyirxahlıq məqsədilə evinə gətirdiyini bildirib. Gecəni onlarda öz övladı ilə birgə qalan qadın Ç. Aslanova işə getdikdən sonra Rahil və Mələyi də oğurlayaraq özü ilə aparıb.

Xəbər lenti
0