CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir toyda qanqaraçılıq düşüb, amma bıçaqlanan bəy deyil

© pixabay / PublicDomainPicturesНож в руке мужчины, фото из архива
Нож в руке мужчины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyin yaxınları ilə gəlinin qohumlarının davasının səbəbi ənənəvidir

BAKI, 15 avqust — Sputnik. Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən Üzeyir şadlıq sarayının həyətində bıçaqlanma hadisəsi olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bıçaqlanan 2 nəfərlə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə ötən gün saat 22:47-də müraciət daxil olub. 57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Onlar əməliyyat olunublar. Alınan məlumata əsasən, dava "zakaz" - musiqi üstündə bəyin qohumları ilə gəlinin qohumları arasında düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0