03:26 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
227 0 0

B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb

BAKI, 13 avqust — Sputnik. Sumqayıt şəhərinin sənaye zonasında, Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 1975-ci il təvəllüdlü, Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti  məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb.  Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Çeçenistan vətəndaşını bıçaqlayan şəxsin Ağcabədi sakini olduğu bildirilir.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Teqlər:
Sumqayıt, qətl

Əsas mövzular