05:34 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Yük avtomobili qəzaya düşüb

Bayram günü bir ailənin də çırağı söndü

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
113 0 0

17 yaşlı oğlan həlak oldu

BAKI, 13 avqust — Sputnik. Şamaxı rayonunda ölümlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər:
Şamaxı, "Kamaz" markalı yük maşını, yük maşını, avtoqəza

Əsas mövzular