Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Goranboyda baş vermiş qəzada 1 nəfər ölüb

© Sputnik / Rahim MuradovYol-patrul xidmətinin avtomobili qəza yerində
Yol-patrul xidmətinin avtomobili qəza yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Goranboy-Borsunlu avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb

BAKI, 12 avqust - Sputnik. Goranboyda bir ailənin üç üzvü qəzaya düşüb, onlardan biri ölüb.

APA-nın məlumatına görə, hadisə Goranboy-Borsunlu avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2115” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Kəlbəcər rayon sakinləri - baba, oğul və nəvə ağır xəsarət alıb. 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun 1960-cı il təvəllüdlü oğlu Güloğlan Hümmət oğlu Tağıyev və 1995-ci il təvəllüdlü nəvəsi Xaliq Güloğlan oğlu Tağıyev isə müxtəlif bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0