02:27 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Dəniz, arxiv şəkli

Nardaran çimərliyində batan 4 uşaqdan sonuncusunun meyiti taplıb

CC0 / Adrianna Calvo / sand
HADİSƏ
Qısa URL
33 0 0

Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

BAKI, 12 avqust - Sputnik. Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.

Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Beləliklə, avqustun 10-da dənizin bu hissəsində batmış dörd uşaqdan sonuncusunun meyidi tapılıb.

Əsas mövzular