Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda yol qəzası nəticəsində 1 nəfər ölüb, 3-ü yaralanıb

© Sputnik / Rahim MuradovYol-patrul xidmətinin avtomobili qəza yerində
Yol-patrul xidmətinin avtomobili qəza yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Axşam saat 20:30 radələrində Göyçay rayonunda yol qəzası baş verib

BAKI, 10 avqust - Sputnik. Göyçay rayonunun Bığır kəndi ərazisində baş vermiş qəza nəticəsində bir nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

"25 yaşlı iki nəfər və 37 yaşlı kişi Göyçay MRX-ya çatdırılıblar. 25 yaşlı xəstənin birində aşağı ətrafların sınığı, digər xəstələrdə isə müxtəlif dərəcəli travmalar olub. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta-ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, axşam saat 20:30 radələrində Göyçay rayonunda yol qəzası baş verib. Rayonun Bığır kəndi ərazisində iki "VAZ" markalı minik maşını toqquşub.

Xəbər lenti
0