05:55 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
47 0 0

Studiyanın rəhbəri qadınla kişini döyüb

BAKI, 10 avqust — Sputnik. Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Xətai rayonunda yerləşən səsyazma studiyalarının birində müştəri, 1986-ci il təvəllüdlü Vasif Xıdırov və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Şəbnəm Xıdırova döyülüblər.

Zərərçəkmiş şəxslərin Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi izahata görə, onları studiyanın rəhbəri Kamran adlı şəxs döyüb.

Xətai RPİ tərəfindən Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Teqlər:
Bakı, ər-arvad, döyülmə, dava

Əsas mövzular