CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışdan sonra Bakı yollarını su basdı - Video

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim işçilərimiz adi qaydada işləyirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Bakıda güclü yağışlar səbəbindən yollarda bir sıra problemlər yaranıb. Sputnik Azərbaycan-ın məlumatına görə, yağış sularına qərq olan paytaxt yollarında nəqliyyatın hərəkəti çətinləşib. Bir sıra ərazilərdə gölməçələr yaranıb ki, bu da piyadaların gedişinə maneə törədib. Xüsusilə ətraf qəsəbələrdə, o cümlədən Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində səhər 07 radələrindən yağan leysan xarakterli yağış nəticəsində yolları sel basıb. Avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri İsrafil Kərimov isə paytaxt küçələrində yağışın ciddi problemlər yaratmadığını söyləyib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Həzi Aslanov" metrostansiyası yaxınlığında yağış suları ilə bağlı problem aradan qaldırılıb: "Bizim işçilərimiz adi qaydada işləyirlər. Bizə yeraltı keçidə yağış sularının yığılması barədə bir müraciət daxil olub ki, o məlumat da yalan çıxdı. Hələ ki başqa müraciət daxil olmayıb. Əməkdaşlarımız ərazilərdədirlər, yollarda yağış barmaqcıqlarının təmizlənməsi ilə bağlı işlər davam etdirilir".

© Sputnik / Zulfiyya QuluyevaQaraçuxur qəsəbəsində yağışın yaratdığı fəsadlar
Yağışdan sonra Bakı yollarını su basdı - Video - Sputnik Azərbaycan
Qaraçuxur qəsəbəsində yağışın yaratdığı fəsadlar

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun ilk ongünlüyündə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti
0