CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Kəsik-Bakı sərnişin qatarında ölüm

© © ADY-nin mətbuat xidmətiBöyük Kəsik-Bakı sərnişin qatarı
Böyük Kəsik-Bakı sərnişin qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Lakin buna baxmayaraq, Elşən Hüseynov dünyasını dəyişib

BAKI, 9 avqust — Sputnik. Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib.

Электрички Баку-Сумгайыт-Баку - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtdan Bakıya gələnləri qatar yubatdı - "Xəbərdarlıq etməyiblər"

"Azərbaycan Dəmir Yolları" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyəti pisləşib. Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Lakin buna baxmayaraq, Elşən Hüseynov dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra qatar saat 02:02-də təyinatı üzrə yola salınıb. Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.

Xəbər lenti
0