11:09 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
HADİSƏ
Qısa URL
77 0 0

Hava şəraiti ilə əlaqədar qatarlarının hərəkətinə sürət məhdudiyyəti qoyulub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb. 

Bakıda yağış, arxiv şəkli
© Sputnik / Rumiyya Miraslan

Sputnik Azərbaycan-ın məlumatına görə, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Gecikmənin yağışlı hava səbəbindən olması ehtimal edilir. Qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 20 dəqiqə gec çatıb. 

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən  “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi  Natəvan Bayramova bildirib ki, hava şəraiti ilə əlaqədar qatarların hərəkətinə sürət məhdudiyyəti qoyulub: "Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb. Buna səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə sürət məhdudiyyətinin qoyulmasıdır".

Sərnişinlər Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının ləngiməsindən əlavə, bu barədə heç olmasa, sosial şəbəkədən də olsa, məlumatlandırılmadıqlarından narazıdırlar.

Əsas mövzular