09:44 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Polis, arxiv şəkli

Silsilə oğurluq edən şəxslər saxlanıldılar

© Sputnik / Ilham Mustafa
HADİSƏ
Qısa URL
25 0 0

Qohumlar əlbir olub beş mənzili soydular

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Bərdə rayon Divanlı kənd sakini Rahib Məhərrəmova ziyan vuranlar tutuldular.

Bərdə rayonunun Divanlı kənd sakini Rahib Məhərrəmov ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə Bərdə RPŞ-yə məlumat verib. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdən oğurluq edən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə qohumları - Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Aftandil Şahbazovla və Goranboy rayon sakini Təyyar Uğurluyevlə əlbir olaraq  Bərdə rayonunda əlavə 3 mənzildən və Ucar rayonunda 1 mənzildən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində  şəhər ərazisindəki 1 evdən və diş poliklinikasından tikinti və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri,  əvvəllər məhkum olunmuş Yaşar Qasımov və İsi Əhmədov da maddi  sübutlarla birlikdə saxlanılıblar.

Qeyd olunan faktlarla bağlı Bərdə RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Teqlər:
oğru, Bərdə, polis, oğurluq

Əsas mövzular